Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr

 

L Ö K B A T A N   B Ə L Ə D I Y Y Ə S I

 

Lökbatan bələdiyyəsi Sədr Rasim Əhmədov 445-05-09
Müavin   445-98-35
Müavin   445-98-35

 



Lökbatan qəsəbəsi Qaradağ rayonunun mərkəzi və şəhər tipli qəsəbəsidir. Qəsəbə Azərbaycanın plaçıq vulkanının Qaradağ ərazisini təşkil edir. 18 güclü vulkan olmuşdur. Son dəfə vulkan 2001-ci ildə qeydə alınıb.
Lökabtan adının yaranma tarixi Xoca Həsən və Sənqəçal arasında olan karvan yolunun olması ilə bağlıdır, yəni indiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvə batağlığa batıb. Ona görə də Lök-Batan adı yaranıb.
Qəsəbənin ərazisi 1931—32-ci illərdə 45 saylı neft quyusunun fontanı (1934-cü ildə) ilə əlaqədar qoyulub. Həmindövrdə neftlə əlaqədar indiki S.Orucov küçəsində olan qamış evlərin yaşayış massivinin əsası qoyulub. Həmin dövrdə ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib məskunlaşmışdır.

  • Ərazisi – 67 km2
  • Əhalisi –35523 nəfər
  • Sənaye müəssisələri – 6
  • Təhsil ocaqları - 8
  • (Məktəblər- 5, litsey və peşə məktəbləri -1, musiqi məktəbi-1, uşaq yaradıcılıq mərkəzi-1)
  • Səhiyyə ocaqları -6
  • (Xəstəxana-2, doğum evi-1, poliklinika-1, uşaq sanatoriyası-1, təcili tibbi yardım stansiyası-1)
  • Uşaq bağçaları-7
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-1
  • Tarixi abidələr-1 (Qurd qapısı-Qasımbəy Çapdıran) Əlvan metallar Zavodunun arxası.

 

S A H İ L   B Ə L Ə D I Y Y Ə S I

 

  Sahil bələdiyyəsi Sədr Elmira Həsənova 446-65-20
Müavin   446-55-20
Müavin   446-55-20

 


Sahil qəsəbəsi rayonun ikinci böyük qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949- cu ildə Sement zavodunun tikintisi ilə əlaqədar olmuşdur. Belə ki, Keşlə qəsəbəsində yerləşən Sement zavodu şəhərin mərkəzinə yaxın olduğundan qərara alınmışdır ki, bu zavod Qaradağ dəmir yolu stansiyasının yaxınlığına köçürülsün. Zavodun tikintisi və gələcəkdə fəaliyyət göstərməsi ilə əlaqədar dənizin kənarında ilk evlər tikilmişdir.
Sahil qəsəbəsində 1949- cu ilə qədər balıq vətəgəsi olub. 1949- cu ildə əsası qoyulmuş Sement zavodunun 1951- ci ildə 1- ci və 2- ci texnoloji xətt işə düşüb. Qəsəbənin təşkil olunduğu taix 1951- 52- ci illərdir.

  • Ərazisi – 140km2
  • Əhalisi – 23342 nəfər
  • Sənaye müəssisələri – 10
  • Təhsil ocaqları - 6
  • (Məktəblər- 3, litsey və peşə məktəbləri - 1, xüsusi internat məktəbi- 1, musiqi məktəbi - 2, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları uşaq gənclər idman məktəbi- 1)
  • Səhiyyə ocaqları - 5
  • (Xəstəxana- 1, poliklinika- 1, hərbi hospital - 1, təcili tibbi yardım stansiyası- 1, stamatoloji poliklinika- 1)
  • Uşaq bağçaları- 6
  • Mədəniyyət evi - 1
  • Kitabxana- 1
  • Məscid- 1
  • Tarixi abidələr- 1 (Şah Abbas karvansarayı) Sement zavodunun arxası.

 

P U T A   B Ə L Ə D I Y Y Ə S I

 

Puta bələdiyyəsi Sədr  Emin Ramazanlı 545-86-77
Müavin   545-86-77

 

 

Qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cü illərdə sənaye mərkəzi olmuşdur. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur.

  • Ərazisi – 22 km2
  • Əhalisi – 1376 nəfər
  • Sənaye müəssisələri – 17
  • Təhsil ocaqları - 2
  • Səhiyyə ocaqları - 2
  • Kitabxana - 1

 

K O R G Ö Z   B Ə L Ə D I Y Y Ə S I

 

Korgöz bələdiyyəsi Sədr Rövşən Əbdülbağıyev 545-96-00
Müavin   545-96-00

 

 

Qədim quş (Kərgəz) və ya qadın (Gülgəz) adı mənasını daşıyan Korgöz qəsəbəsinin indiki ərazisində neftin çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar 1932-33-cü illərdə burada neftçilər məskunlaşmış və o vaxt yaradılan Azərbaycan Neft Sənaye İdarəsinin (Azneftsənaye) qısaldılmış adı ilə bağlı həmin yaşayış massivi AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz və AZNS yaşayış məntəqələri Qızıldaş qəsəbəsinin tərkibində olmuş və 2000-ci ildə Korgöz qəsəbə inzibati-ərazi vahidliyi təşkil olunmuşdur.

  • Ərazisi – 1.2 km2
  • Əhalisi –2251 nəfər
  • Sənaye müəssisələri –1
  • Təhsil ocaqları - 1
  • Səhiyyə ocaqları -1
  • Uşaq bağçaları-1
  • Mədəniyyət evi -1
  • Kitabxana-1

 

Q I Z I L D A Ş   B Ə L Ə D I Y Y Ə S I

 

Qızıldaş bələdiyyəsi Sədr İdris Alışanov 545-53-00
Müavin Fərid Tağıyev 545-53-00

 

 

Qızıldaş qəsəbəsinin bünövrəsi 1945-46-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən çıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin çıxarılması ilə bağlı respublikanın müxtəlif yerlərindən bura insanlar köçmüş, qəsəbəyə Yeni Trest (Neft İdarəsi) adı verilmiş və 1954-cü ildə qəsəbə inzibati ərazi vahidliyi yardılmışdır. 1973-cü ildə qəsəbənin adı ərazidən çıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır.

  • Ərazisi – 320 km2
  • Əhalisi – 5157 nəfər
  • Sənaye müəssisələri –9
  • Təhsil ocaqları - 2
  • Səhiyyə ocaqları - 1

 

Ü M İ D   B Ə L Ə D I Y Y Ə S I

 

 

Ümid bələdiyyəsi Sədr Asya Camalova 446-70-02
Müavin   446-70-02

 


Qəsəbənin əsasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və bilavasitə köməkliyi ilə qaçqın və məcburi köçkün soydaşlarımız üçün 1999-cu ildə tikilmiş 110 mənzil təşkili etmişdir. sonra Qaradağ Sement zavodunun işçiləri üçün bir sıra evlər tikilmişdir. Qəsəbədə həm qaçqın, həm də yerli sakinlər yaşayır.
Azərbaycan Respublikasının Prezidentinin 5 iyul 2000-ci il tarixli “Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” AR-nın qanununa əsasən Ümid qəsəbəsi mərkəz olmaqla Ümid qəsəbə inzibati ərazi vahidliyi yaradılmışdır.

  • Ərazisi – 5 km2
  • Əhalisi – 724 nəfər
  • Təhsil ocaqları – 1 (məktəb - 1)
  • Səhiyyə ocaqları – 1 (tibb məntəqəsi - 1)
  • Mədəniyyət evi - 1
  • Məscid - 1

S Ə N Q Ə Ç A L   B Ə L Ə D I Y Y Ə S I

 

 

Səngəçal bələdiyyəsi Sədr Şəlalə Bədəlova 544-77-61
Müavin   544-77-75
     

 



1936-37-ci illərdə qəsəbədə dəmir yolu stansiyası fəaliyyət göstərmişdir. Barak formasında 3 ədəd ev tikilmiş, burada dəmiryolçular yaşamışlar. Müharibədən əvvəl burada kiçik balıqçılar zavodu olmuş, yerli sakinlərin əksəriyyəti burada işləmişlər.
müharibədən sonra hərbi əsirlər üçün baraklar tikilmiş və orada hərbi əsirlər yaşamışlar. Müharibədən sonra iki yerdə hərbi hissələr salınmış, hərbiçilər üçün hərbi şəhərcik tikilmişdir. 1940-cı illərin sonlarından başlayaraq ətraf yerlərdən bura köçüb gələnlər artmışdır.

  • Ərazisi – 81 km2
  • Əhalisi – 3672 nəfər
  • Sənaye müəssisələri – 1
  • Təhsil ocaqları – (məktəb-1)
  • Uşaq bağçaları-2
  • Səhiyyə ocaqları –(Ambulatoriya-1)
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-1
  • Pir və ziyarətgahlar-1 (“Sofii-Həmid” türbəsi)
  • Tarixi abidələr-5 (“Musaxan körpüsü”, “Səngər” abidəsi, Şah Abbas karvansarayı və iki su ovdanı), Şah Abbas karvansarayı və su quyusu (qəsəbənin 16 km Şimal-şərqində), Sofii-Həmid Türbəsi və su ovdanı.

 

Ç E Y I L D A Ğ   B Ə L Ə D I Y Y Ə S I

 

Çeyildağ bələdiyyəsi Sədr Vasif  Zaliyev 446-81-01
Müavin   446-81-01

 

  Yaxınlıqda yerləşən dağın adını daşıyan Çeyildağ və ya balaca Bakı mənasını verən Umbakı qəsəbəsi 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması ilə bağlı yaradılmış və 1951-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.  

Q O B U S T A N   B Ə L Ə D I Y Y Ə S I

 

 

Qobustan bələdiyyəsi Sədr Mahmud Zərbəliyev 544-61-10
Müavin   544-40-10

 



Duvannı stansiyası 1893-94-cü illərdə yaranıb. 1901-05-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft yollanıb. 1935-37-ci illərdə ilk dəfə Duvannıda ilk kəşfiyyat neft buruğu işə salınıb.
1945-49-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub.
1950-54-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla).
1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.
Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə - “Daş dövrü”nə təsadüf edir.

  • Ərazisi – 130 km2
  • Əhalisi – 15278 nəfər
  • Sənaye müəssisələri – 5
  • Təhsil ocaqları – (məktəb-2)
  • Uşaq bağçaları-3
  • Səhiyyə ocaqları –(xəsətəxana-2)
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-3
  • Pir və ziyarətgahlar-1 (“Qaraatlı Baba” piri)
  • Tarixi abidələr-1 (Qobustan Dövlət Tarixi Bədii qoruğu)

 

Ə L Ə T   B Ə L Ə D I Y Y Ə S I

 

Ələt bələdiyyəsi Sədr Azad Musayev 544-15-66
Müavin   544-15-66
Müavin   544-15-66

 

  Toponim kimi dənizdən görünən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881-1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir.Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır.Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir

  • Ərazisi – 321 km2
  • Əhalisi –13537 nəfər
  • Sənaye müəssisələri – 6
  • Təhsil ocaqları - 6
  • Səhiyyə ocaqları -2
  • Uşaq bağçaları- 2
  • Mədəniyyət evi -1
  • Kitabxana- 2
  • Məscid-1

 

M Ü Ş F I Q A B A D   B Ə L Ə D I Y Y Ə S I

 

Müşfiqabad bələdiyyəsi Sədr Vüqar Əliyev 410-75-00
Müavin   410-75-00

 

 

Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır.

  • Ərazisi – 58.8 km2
  • Əhalisi –9121 nəfər
  • Təhsil ocaqları - 3
  • Səhiyyə ocaqları -2
  • Uşaq bağçaları-2
  • Mədəniyyət evi -1
  • Kitabxana-1
  • Məscid-1

 

Keçidlər