Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Praqmatik siyasətin uğurlu davamı” mövzusunda dəyirmi masa keçirilmişdir.

25 dekabr 2012 | 11:00

24 dekabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Praqmatik siyasətin uğurlu davamı” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrildiyini bildirmişdir. Öz növbəsində isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin başlıca məqsədi Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. Prezident İlham Əliyevin öz fəaliyyətində ardıcıl, praqmatik, rasional və səmimi olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün göstəricilərə görə iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olduğunu, Azərbaycanda müstəqil, demokratik, dünyəvi cəmiyyətin inkişaf etdiyini və gücləndiyini, ölkəmizin haqlı olaraq dünya siyasəti və iqtisadiyyatında qabaqcıl mövqe tutmaqla yanaşı, beynəlxalq ictimaiyyətdə də öz layiqli yerini tutduğunu bildirmişlər.
 

Keçidlər