Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edilmişdir

30 dekabr 2012 | 11:00

29 dekabr 2012-ci il tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüşdə iştirak edən hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, bol ruzi və ailələrinə əmin-amanlıq arzulamışdır. Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərinin danılmaz olduğunu bildirmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd etmişdir. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulamışdır.
Daha sonra görüş iştirakçıları adından çıxış edənlər I qrup Qarabağ əlili Elşad Cəfərov, şəhid ailəsi Fəridə Cabbarova və Qubadlı Rayon İcra Hakimiyyətinin Qaradağ rayonu üzrə nümayəndəsi Mübarək Yusifov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 3800 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfində ərzaq yardımı verilmişdir.
 

Keçidlər