Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Abad Məhəllə” layihəsi uğurla həyata keçirilir

10 yanvar 2013 | 11:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi ilə uğurla həyata keçirilən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində, eləcə də Qaradağ rayonunun daxili imkanları hesabına qəsəbələrdə aparılan quruculuq və abadlıq işlərinin miqyası genişlənmiş və bu istiqamətlərdə əməli tədbirlər görülmüşdür.
Son zamanlar həyata keçirilən layihələr, aparılan genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri Qaradağ rayonunun mənzərəsini xeyli dəyişmişdir. Lökbatan qəsəbəsinin küçələrinə və əlaqələndirən yollarına yeni asfalt örtüyü döşənmiş, müasir küçə fənərləri və yeni göz oxşayan dayanacaqlar quraşdırılmışdır.
Qəsəbənin 1594-cü keçidində abad məhəllə yaradılmışdır. “Abad Məhəllə” layihəsi çərçivəsində binaların fasadlarına xüsusi boyalar çəkilmiş, binaların giriş qapıları dəyişdirilmiş, 2,0 hektar ərazidə abadlaşdırılaraq, əhalinin istirahəti üçün kölgəliklər və oturacaqlar qoyulmuş, uşaqlar üçün əyləncə meydançası yaradılmış, geniş yaşıllaşdırma işləri aparılmış və 161,3 kv.m sahəsi olan bütün lazımi avadanlıqlarla təchiz olunmuş müasir tipli “xeyir-şər” binası inşa edilmişdir.

Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işləri barədə videoçarx

"Abad Məhəllə” layihəsi çərçivəsində görülmüş işlərlə tanış olan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov məhəlləyə baş çəkərək sakinlərlə görüşmüşdür.
Görüş zamanı rayon İcra hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə Qaradağ rayonunda həyata keçirilən tədbirlərdən söz açaraq, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələr barədə ətraflı məlumat vermişdir.
Görüş zamanı əhali onları narahat edən problemlərdən söz açmış, son illər rayonda qaz, su, elektrik enerjisinin təchizatının yüksək səviyyədə olduğundan məmnun qaldırdıqlarını söyləmişlər.
Rayonumuza hər zaman hərtərəfli diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirən sakinləri onlara yaradılmış yüksək şərait üçün cənab Süleyman Mikayılova öz dərin təşəkkürlərini söyləmişlər.
 

Keçidlər