Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə!

11 yanvar 2013 | 11:00

Bakı və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.
Mülayim qərb, cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.

Videoçarx

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Fövqəladə hallar üzrə Qaradağ Rayon Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda hava şəraitinin dəyişkən budluqlu, gecə və səhər şəhərətrafı yollar buz bağlayacağı nəzərə alınaraq yolların təmizlənməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilmişdir.
Rayon MKTB-nin rəhbərliyi axşamdan yağan qarın yollardan təmizləndiyi və nəqliyyat vasitələrin hərəkətinin dayanmadığı barədə məlumat vermişdir.
Qış mövsümünə hazırlıq dövründə hava şəraitinin sərt keçə biləcəyi nəzərə alınaraq əvvəlcədən qum və duz tədarükü görülmüş, rayon üzrə müvafiq texnika hazır vəziyyətə gətirilmişdir.
Hava şəraiti nəzərə alınaraq yarana biləcək hər hansı bir problemin dərhal həll edilməsi üçün Qaradağ Rayon İcra hakimiyyətində rayon üzrə mərkəzi qərargah və rayonunun 11 qəsəbəsində rayon İcra hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəliklərində qəsəbələr üzrə yerli qərargahlar yaradılmışdır. Qərargahlarda 24 saatlıq növbətçilik təşkil edilmişdir.
Rayon əhalisindən hər hansı bir problemin ortaya çıxması zamanı dərhal qəsəbə nümayəndəliyi ilə əlaqə saxlanılması xahiş olunur.
Rayon üzrə mərkəzi qərargahın əlaqə telefon nömrəsi: 012 445 30 15
 

Keçidlər