Şriftin ölçüsü :

Saytın rəngi :

Korgöz qəsəbəsi 2011-2012

18 yanvar 2013 | 11:00

Toponim kimi qədim quş (Kərgəz) və ya qadın (Gülgəz) adı mənasını daşıyan Korgöz qəsəbəsinin indiki ərazisində neftin çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar 1932-33-cü illərdə burada neftçilər məskunlaşmış və o vaxt yaradılan Azərbaycan Neft Sənaye İdarəsinin (Azneftsənaye) qısaldılmış adı ilə bağlı həmin yaşayış massivi AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz və AZNS yaşayış məntəqələri Qızıldaş qəsəbəsinin tərkibində olmuş və 2000-ci ildə Korgöz qəsəbə inzibati-ərazi vahidliyi təşkil olunmuşdur.

Korgöz qəsəbəsi 2011-2012

04 may 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC-ti tərəfindən və Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının köməkliyi əsasında Korgöz qəsəbəsinin MİO yaşayış massivinə gələn su xətti istismara yararsız olduğu üçün 250 diametrlik 1 062 p/m yeni plastik boru ilə əvəz edilmiş, qəsəbədaxilindən 110 diametrlik 10 674 p/m uzunluğunda yeni plastik borular çəkilmiş, AZNS yaşayış massivinə MİO yaşayış massivindən 160 diametrlik, 917 p/m uzunluğunda yeni su xətti çəkilmiş, qəsəbədaxilində 110 diametrlik 7 173 p/m yeni plastik su xətləri çəkilmiş, qəsəbənin su ilə təchizatının yaxşılaşdırılması istiqamətində 4 ədəd (hər bir anbarın tutumu 500) yeni su anbarları tikilmişdir. Müvafiq Dövlət Proqramına uyğun olaraq qəsəbədə 200 diametrlik 6 718 yeni kanalizasiya xətlərinin çəkilmiş və 2013-cü il tarixində çəkilişlər davam etdiriləcək. Göstərilən müddətdə qəsəbənin su xətlərində baş vermiş qəzalarda təmir-qaynaq işləri aparılmışdır.
Belə ki, Dövlət Proqramına əsasən qəsəbədə yeni tibb və poçt binaları tikilmiş 2012-ci il tarixində əhliyə istifadə verilmişdir.

Qəsəbənin istismara yararsız olan qaz xətləri 100 diametrlik, 3 112 p/m orta təzyiqli, qəsəbədaxilində 76 diametrlik 8 594 p/m, 57 diametrlik, 1 570 p/m yeni qaz xətlərinin çəkilib əhaliyə istifadəyə verilmişdir.
Qeyd olunan müddət ərzində Korgöz qəsəbəsi üzrə abonentlərə 86 523 manatlıq təbii qaz satılmış, istehlakçılar tərəfindən ödəniş 84 806 manat olmuşdur ki, bu da faiz hesabı ilə 98 % təşkil etmişdir. Elektrik enerjisi üzrə əhaliyə 86 834 manatlıq enerji satılmış, ödəniş 85 159 manat olmuşdur ki, bu da faiz hesabı ilə 98 % təşkil etmişdir. İçməli su üzrə abonentlərə 28 954 manat həcmində içməli su satılmış, ondan ödəniş 22 980 manat olmuşdur ki, bu da faiz hesabı ilə 79,3 % təşkil etmişdir.

Korgöz qəsəbəsində abadlıq, təmizlik işlərinin aparılması, qanunsuz tikintilərə qarşı mübarizə və qəsəbədə əhaliyə göstərilən kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz və içməli suyun) yaxşılaşdırılması, əhali tərəfindən istehlak olunan enerji daşıyıcılarının sərfiyyat haqlarının yığımı işinin təşkili məsələləri 2012-ci il ərzində öz həllini tapmışdır.
Qəsəbədəki məişət tullantıları üçün saxlanma yerlərinin (zibilxanaların), qəsəbədaxili yolların, habelə Lökbatan-Qızıldaş avtomobil yolunun Korgöz qəsəbəsinə düşən hissəsinin yol kənarlarından 224 maşın, qəsəbədaxilindən isə 416 maşın zibil daşınıb nəzərdə tutulmuş yerdə utilizasiya olunmuşdur.

Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən qəsəbədə mütəmadi olaraq iməciliklər keçirilmiş, sakinlərin köməkliyi sayəsində məhəllə evlərinin ara yolları təmizlənmiş, abadlıq işləri aparılmışdır.
Qeyd olunan müddət ərzində Korgöz qəsəbə nümayəndəliyi və Korgöz Bələdiyyəsi tərəfindən qəsəbədaxili yollara 127 maşın torpaqlı çınqıl tökdürülmüş, qreyderlə yayılmışdır.
 

Keçidlər