Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində səyyar görüş

26 yanvar 2013 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə 25 yanvar 2013-cü il tarixində növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 300-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir. İştirak edən sakinlərin 10 nəfəri fərdi qaydada dinlənilmişdir.
Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını bildirmişlər.
Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov sakinlərin problemlərini dinləmiş, onların müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərinə müvafiq tapşırıqlar vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu bildirmişdir. Bu proqram haqqında bir daha ətraflı məlumat verərək başçı rayon sakinlərinə yaxın vaxtlarda görüləcək işlər barəsində danışmışdır.
 

Keçidlər