Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qaradağ rayonunun bütün ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi dərin ehtiramla yad edildi

27 sentyabr 2022 | 15:29

   27 Sentyabr - Anım Günü ilə əlaqədar Qaradağ rayonunun bütün ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilərək şəhidlər xiyabanını ziyarət etdikdən sonra digər qəsəbələrdə də Şəhid məzarlarını ziyarət edib. 
  İlk öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhid ailələri və qazilər, rayon İcra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və ictimaiyyət nümayəndələri Şəhidimiz Vətən müharibəsi Qəhrəmanı Kapitan Abdullayev Rəşad Arif oğlunun abidəsi önünə gül qoyublar. 
   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov digər qəsəbələrdə də Şəhid məzarlarını, 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhidlik zirvəsinə yüksəlmiş Quliyev Fərid Vahid oğlunun ailəsi ziyarət etmişdir.

Keçidlər