Şriftin ölçüsü :

Saytın rəngi :

28 nömrəli Uşaq Musiqi Məktəbində "Şuşa ili“nə həsr olunmuş konsert keçirildi

08 iyun 2022 | 11:25

   07 iyun 2022-ci il tarixində Qaradağ rayonu Sahil qəsəbəsindəki 28 nömrəli Uşaq Musiqi Məktəbində "Şuşa ili“nə  həsr olunmuş skripka ixtisası üzrə müəllimlər Lalə Şəfiyeva və Aydan Kazımovanın siniflərinin konserti keçirildi.

   Konsertdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini Firidun Hüseynov, baş məsləhətçi Səmayə Şıxəliyeva və bir sıra qonaqlar  iştirak etdilər.

   Tədbirdə şagirdlər Azərbaycan, Rus və Avropa bəstəkarlarının əsərlərini və Əlibaba Məmmədovun “Xudayar“ təsnifini  ifa etdilər.

   Tədbirin sonunda məktəbin müdiriyyəti tərəfindən 2021/2022-ci tədris ilində göstərdiyi nailiyyətləri nəticəsində şagirdlər diplom, fəxri fərman və tərifnamələrlə təltif olundular.

 

Keçidlər