Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Ramazan bayramı münasibəti ilə Qaradağ rayonunda iftar sufrəsi

17 avqust 2012 | 10:00

116 iyun 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbə məscidinin həyətində 300 nəfər üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açılmışdır.
Məclisi Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq açaraq Müqəddəs Ramazan ayı haqqında məclis üzvlərinə müəyyən məlumatlar vermiş dualar oxumuş və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev çıxış edərək rayon sakinlərini Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov adından Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etmiş, tutduqları orucun Allah dərgahında qəbul olunmasını arzu etmişdir. İftar süfrəsində Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, qəsəbə nümayəndələri və rayon ictimaiyyətinin ayrı-ayrı zümrələrinin üzvləri iştirak etmişlər.
 

Keçidlər