Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası

31 avqust 2012 | 10:00

30 avqust 2012-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində Rayon İcra Hakimiyyəti Başçısının yanında Şura üzvləri, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonunun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla cəmi 90 nəfər iştirak edirdi. Şurada Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaş-dırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 01 iyul 2004-cü il tarixli 290 saylı sərəncamının Qaradağ rayonunda icra vəziyyəti ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Qaçqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Ceyhun Əliyevin, Qaradağ rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülmüş işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Hüquq şöbəsinin müdiri Samir İsayevin, Rayon ərazisində fəaliyyət göstərən dövlət, qeyri-dövlət və fiziki şəxslərə aid obyektlərdə ekoloji normativlərə əməl edilməsi və qarşıda duran vəzifələr barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri Rasim Əhmədovun məruzələri dinlənilmişdir. Gündəlikdəki məsələlər üzrə Qaradağ Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəis müavini Qurbanəli Paşayev, Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev çıxış etmişlər. Məruzələr ətrafında çıxışlar bitdikdən sonra Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturunun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunmuş və müvafiq rəylər və təklif nəzərə alınmaqla qəbul edilmişdir.

Keçidlər