Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən məktəbli formaları təqdim olunmuşdur

13 sentyabr 2012 | 10:00

12 sentyabr 2012-ci il tarixində Heydər Əliyev Fondu tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbdə məktəbli formalarının təqdim olunması ilə bağlı tədbir keçirilmişdir. Tədbirə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, rayon İcra hakimiyyətinin qəsəbələr üzrə nümayəndələri, məktəb direktorları qəsəbələrdən 30 nəfər şagird və valideynlər dəvət olunur. Rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri giriş sözü ilə açmış, məktəbə gedən şagirdləri təbrik etmişdir. Tədbirdə çıxış edən müəllimlər, şagirdlər və valideynlər çıxış edərək Heydər Əliyev Fondunun rəhbərliyinə diqqət və qayğıya görə öz dərin təşəkkürlərini bildirmişlər. Tədbirin sonunda şagordlərə məktəbli formalarını təqdim edilmişdir.

Keçidlər