Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin kiçik akt zalında 2011-2012-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilmişdir.

14 sentyabr 2012 | 10:00

Tədbirə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon İcra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 10 nəfər məzun iştirak etmişdir. Rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov,Milli Məclisin deputatı Ağalar Vəliyev tədbirdə çıxış edərək qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunları təbrik etmişlər və onlara qiymətli hədiyyələr təqdim etmişlər.

Keçidlər