Şriftin ölçüsü :

Saytın rəngi :

“Ondan daha yaxşı qardaş yox idi”

22 sentyabr 2012 | 10:00

Sentyabrın 21-də Nizami Kino Mərkəzində yazıçı Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında hazırlanmış rejissor Murad İbrahimbəyovun “Ondan daha yaxşı qardaş yox idi” filminin təqdimatı keçirilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə hazırlanmış tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir.
Nümayişdən əvvəl filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov yeni ekran əsəri haqqında məlumat verərək qeyd etdi ki, 93 dəqiqəlik film indiyədək dünyanın 15-dək ölkəsində nümayiş etdirilmiş, kinofestivalların iştirakçısı və qalibi olmuşdur.
Film Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, “İbrus” kino şirkəti, “Azərbaycanfilm” kinostudiyası, “Miramar”, “Central Production İnternational Group”un dəstəyi ilə ərsəyə gəlmişdir.
Tanınmış aktyorlar Nino Ninidze, Yevgeni Tsıqanov, Sergey Puskepalis, Hacı İsmayılov və başqalarının rol aldığı filmin böyük hissəsi Azərbaycanda – Bakıda, Buzovnada və Şəkidə çəkilmişdir. Əsas rolların ifaçıları Yevgeni Tsıqanov, Sergey Puskepalis çıxış edərək, filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşdü.
Bir saatdan çox davam edən bədii filmin təqdimatında Rayon İcra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Qaradağ rayonundan 100 nəfərdən çox kinosevərin iştirakı təmin edilmişdir.
 

Keçidlər