Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin hərbi xidmətə yolasalma mərasimi

06 oktyabr 2012 | 10:00

05 oktyabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Şəhidlər” abidə kompleksinin önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən Qaradağ rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyətinin iştirak etmişdir.
İlk öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qaradağ Rayon İdarəsinin rəis vəzifəsinin icraçısı mayor Məcid Məmmədov çıxış edərək mərasimi açıq elan etdi və dövlət himni səsləndi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov öz nitqində ölkəmizin müstəqiliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi hərbi sahədə də ciddi böhranla üzləşdiyini bildirdi. Ordumuzun maddi-texniki təminatında problemlərin müşayət olunduğunu və siyasiləşmə meyllərin özünü hiss etdirdiyini qeyd edərək, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldığını, elmi prinsiplərlə yanaşıldığını və hökm sürən pərakəndəliyin aradan qaldırıldığını vurğuladı. Bu gün də ordumuzun qüdrətinin artmasında möhtərəm Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısının olduğunu nəzərə çatdırdı.
Mərasimdə çıxış edən Şəhid Anaları Cəmiyyətinin sədri Pakizə Abbasova və çağırışçı valideyni Etibar Məmmədov hər bir çağırışçıya Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək, gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evlərinə qayıtmalarını arzuladılar.
Mərasimin sonunda çağırışçı gənclər üçrəngli bayrağımızın və müqəddəs Quran kitabının altında keçərək hərbi hissələrə yola düşdülər.
 

Keçidlər