Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 166 nömrəli məktəb-liseydə YAP-ın 20 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

25 oktyabr 2012 | 10:00

23 oktyabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 166 nömrəli məktəb-liseydə YAP-ın 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi, ilk partiya təşkilatının üzvləri və məktəbin rəhbərliyi iştirak etmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “Yeni Azərbaycan Partiyasının yaradılmasında 91-lər hərəkatı” mövzusunda geniş çıxış etmiş, YAP-ın yaranma tarixindən, o dövrdəki mövcud ictimai-siyasi vəziyyətdən və Heydər Əliyev şəxsiyyəti ətrafında baş verən hadisələrdən bəhs etmişdir.
Daha sonra YAP-nın təhsis konfransı, ilk dəfə seçilmiş rəhbər orqanlar barədə iştirakçıların diqqətinə əsas məqamları çatdırmış və partiyanın inkişaf yolundan danışmışdır.
İqtidar Partiyası olan YAP-ın bugünkü mövqeyi və apardığı siyasət haqqında da geniş məlumat vermişdir.
Tədbirdə məktəbin direktoru Məhbubə Məhərrəmova və tarix müəllimi Şahlar Qasımov YAP haqqında çıxış etmişlər.
 

Keçidlər