Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda YAP-ın 20 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilmişdir.

02 noyabr 2012 | 11:00

2012-ci ilin oktyabr ayı ərzində Qaradağ rayonunun müxtəlif idarə və müəssisələrində, ilk partiya təşkilatlarında YAP-ın 20 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilmişdir.
Həmin tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur 91-dən Munis Bayramov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər partiya fəalları iştirak etmişlər.
Keçirilən tədbirlərin əksəriyyətində Munis Bayramov və Aydın Hüseynov çıxışlar edərək partiyanın yaranma tarixindən, o dövrdə Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətdən, rayon təşkilatlarının formalaşmasından Ümummilli Lider Heydər Əliyevin partiyaya rəhbərlik dövründən və YAP-ın müasir vəziyyəti barədə danışmışlar.
Qaradağ Rayon Qaz İstismarı Sahəsində, Lökbatan qəsəbə nümayəndəliyində, rayon Sukanal Departamentində keçirilən tədbirlər daha maraqlı olmuşdur. Əsasən tədbirlərdə “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, “Yeni Azərbaycan Partiyasının gələcəyi gənclərə məxsusdur”, “Yeni Azərbaycan Partiyası XXI əsrin və üçüncü minilliyin partiyasıdır” və digər mövzularda söhbətlər aparılmışdır.
Tədbirlərin sonunda iştirakçıların partiya haqqında maraqlı sualları mühazirəçilər tərəfindən geniş cavablandırılmışdır.
 

Keçidlər