Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda YAP-ın 20 illik yubileyi münasibəti ilə partiya fəallarının təltifi və YAP sıralarına qəbul

02 noyabr 2012 | 11:00

01 noyabr 2012-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP-ın 20 illik yubileyi münasibəti ilə keçirilmiş təntənəli yığıncaqda iştirak edən qonaqlar Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, YAP icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin deputatı Fəttah Heydərov Qaradağ rayon YAP təşkilarının 17 nəfər fəallarına (Mirzə Mirzəyevə, Elmira Namazovaya, Şükran Nəcəfova, İkram Əhmədova, Atakişi Cəfərova, Zümrüd Rzayevaya, Cavanşır Əliyevə, İxtiyar Axundova, Sabir Ələkbərova, Zöhrə Qədirovaya, Şahxələf Xələfova, Nəsir Həsənova, İlqar Qasımova, Nazilə Xudaverdiyevaya, Namiq Nəcəfova, Hüseyn Vəliyevə, Ələmxan Allahverdiyevə) fəxri fərmanlar, 10 nəfər fəallarına (Natiq Qaraxanova, Aysel Qəribovaya, Aynur Kərimovaya, Təhməz Abbasova, Əsmər Əmirquliyevaya, Arzu Həsənova, Vüqar Cəfərova, Marina Hüseynovaya, Sədaqət Əhmədovaya, Rəna İmanovaya) qiymətli hədiyyələr, YAP sıralarına yeni qəbul olunan 11 nəfərə (Turay Quluzadəyə, Nahidə Naibovaya, Murad Hüseynova, Zabil Əliyevə, Ülviyyə Əliyevaya, Orxan Məmmədliyə, Xəyal Fərzəliyevə, Nərmin Nəsirovaya, Elman Qarayevə, Arif Mürsəliyevə, Namiq Məmmədova) partiya biletləri təqdim etmişlər.

Keçidlər