Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi "Yanğınların profilaktikasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu barədə" rayon müşavirəsi keçirilmişdir

03 noyabr 2012 | 11:00

02 noyabr 2012-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında Qaradağ Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi birlikdə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini polkovnik Cəfər Məmmədov, Bakı Regional Mərkəzinin şöbə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov, Dövlət Yanğın Mühafizə Xidmətinin Qaradağ rayon Dövlət Yanğın Mühafizə Hissəsinin əməkdaşı Mətləb İsmayılov və rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov keçirilən tədbirin əhəmiyyətindən danışmış, hər kəsin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinin olduqca vacib olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini polkovnik Cəfər Məmmədov FHN-nin gördüyü işlərdən danışmış və keçirilən tədbirin məqsədi barədə məlumat vermişdir.
Sonra FHN-nin fəaliyyəti barədə videoçarx nümayiş olunmuş, “Yanğın baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər, və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar olmuşdur.
Natiqlərin hər biri əhalinin yanğın təhlükəsizlik qaydalarına riayət etmək qaydalarına ciddi əməl etmələri, əhali arasında profilaktik və maarifləndirmə işlərinin gücləndirilməsi, yaşayış binalarının tüstü bacalarının təmizlənməsi, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların aradan qaldırılması, qeyri-standart və nasaz qızdırıcı avandanlıqların istismardan çıxarılması kimi vacib məsələlərə toxunmuş və bunların həlli istiqamətində əməli addımlarım atılmasını qeyd etmişlər.
 

Keçidlər