Şriftin ölçüsü :

Saytın rəngi :

Müşfiqabad qəsəbəsində 67 nömrəli körpələr evi-uşaq bağçasının açılışı

15 noyabr 2012 | 11:00

14 noyabr 2012-ci il tarixində Qaradağ rayonu, Müşfiqabaq qəsəbəsində əsaslı təmirdən sonra 67 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimi olmuşdur.
Mərasimdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı cənab Hacıbala Abutalıbov və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov iştirak etmişlər.
Qeyd olunmuşdur ki, 1986-cı ildən fəaliyyət göstərən 67 nömrəli körpələr evi-uşaq bağçasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir.
Bağçanın foyesində Ümummilli Lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər yaradılmışdır.
Ümumi sahəsi 2389 kvadratmetr, 220 yerlik olan bağçada körpələrin təlim-tərbiyəsi üçün hər cür şərait nəzərə alınmışdır. Burada yeməkxana, həkim, musiqi otaqları və digər otaqlar vardır. Bağçanın ətrafında geniş abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün müxtəlif attraksionlar quraşdırılmışdır.
 

Keçidlər