Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.

01 dekabr 2012 | 11:00

30 noyabr 2012-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla cəmi 95 nəfər iştirak edirdi.
Şurada Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin Qaradağ rayonunda təbliği üzrə görülən təşviqat işləri barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Qaradağ rayonunda təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin cari qış mövsümünə hazırlığının vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yusif Nəsibovun, Qaradağ rayonunda əhaliyə poçt, rabitə və sərnişin-daşıma xidmətinin təşkilinin vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rasim Əhmədovun, Qaradağ rayonunun sosial-iqtisadi, ictimai-siyasi vəziyyətinin əks etdirən göstəricilərin təhlilinin vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Eldar Sadıqovun məruzələri dinlənilmişdir.
Gündəlikdəki məsələlər üzrə 9 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi Aydın Əhmədov, 274 saylı tam orta məktəbin direktoru Atakişi Cəfərov, Qaradağ Telefon Qovşağının rəisi Oqtay Həsənov, “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının rəisi Qurban Hacıyev çıxış etmişlər.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastruktunun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.
 

Keçidlər