Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan qəsəbəsində səyyar görüş keçirilmişdir

01 dekabr 2012 | 11:00

30 noyabr 2012-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 300-ə yaxın qəsəbə sakini iştirak etmişdir. İştirak edən qəsəbə sakinlərindən 21 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qaldırılan problemlərin həlli istiqamətində aidiyyatı üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin probləmlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışmışdır.
 

Keçidlər