Şriftin ölçüsü :

Saytın rəngi :

Korgöz qəsəbəsində yeni Poçt məntəqəsi istifadəyə verilmişdir

07 dekabr 2012 | 11:00

06 dekabr 2012-ci il tarixində Qaradağ rayonu Korgöz qəsəbəsində yeni poçt məntəqəsi istifadəyə verilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov, “Azərpoçt” MMC-nin 5 saylı Poçt filialının rəis müavini Elzamin Məmmədov və qəsəbə sakinləri iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov çıxış edərək ölkəmizdə poçt və rabitə xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində geniş işlər aparıldığını qeyd etmişdir. Məhz Korgöz qəsəbəsində yeni açılan poçt məntəqəsinin Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində inşa edildiyi diqqətə çatdırılmışdır. Daha sonra çıxış edən “Azərpoçt” MMC-nin 5 saylı Poçt filialının rəis müavini Elzamin Məmmədov yeni açılan poçt məntəqəsində əhaliyə kommunal xidmətlərin ödənişində, respublika daxili və xarici pul köçürmələrində, valyuta mübadiləsində, siğorta və digər əməliyyatların təşkilində əhaliyə yüksək səviyyədə xidmətlərin göstəriləcəyini bildirmişdir.
 

Keçidlər