Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu, Lökbatan qəsəbəsində Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevi anma mərasimi keçirilmişdir.

13 dekabr 2012 | 11:00

12 dekabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anma mərasimi keçirilmişdir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak etmişdir. İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoymuşlar. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış icmaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildirmişlər.
 

Keçidlər