Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində Şəhid Abbasov Ruslanın anım mərasimi keçirilib

15 oktyabr 2022 | 13:27

   44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Ruslan Abbasovun anım mərasimi keçirilib. Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ Rayon Təşkilatının sədri  Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Daha sonra şəhidin ailələrinin üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.

Keçidlər