Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində Şəhid Məzdək Eyvazlının anım mərasimi keçirilib

29 oktyabr 2022 | 11:42

   Bu gün 29.10.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Eyvazlı Məzdək Əli oğlunun şəhadətə ucaldığı gündən iki il ötür. 
  Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şəhidin ailə üzvləri,  yaxınıları,qazilər, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərasim iştirakçıları tərəfindən rayonun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Eyvazlı Məzdək Əli oğlunun məzarı önünə gül dəstələri qoyulmuşdur

Keçidlər