Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli-mənəvi dəyərlər və dini radikalizm”

23 iyul 2022 | 12:27

    22 iyul 2022-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə “Milli-mənəvi dəyərlər və dini radikalizm” mövzusunda toplantı keçirildi. Toplantıda Qaradağ Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, zabit və əsgərlər iştirak edirdi.

   Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Firidun Hüseynov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda milli, dini dəyərlərə dövlətin diqqət və qayğısını və eyni zamanda radikalizm və ekstremizmə qarşı barışmaz mövqeyini qeyd etdi. O, bu gün ölkədə 2200-dən çox məscidlə yanaşı xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin fəaliyyət göstərdiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında bütün dünyaya nümunə olacaq ölkə olduğunu söylədi.    

   Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov toplantının mövzusunun “Milli-mənəvi dəyərlər və dini radikalizm” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq dövlətimizin milli adət-ənənələrimizə, dini dəyərlərimizə sahib çıxmasından və onlardan gənc nəslin düzgün faydalanması üçün aparılan dövlət gənclər siyasətindən danışdı.

   Hərbi hissənin zabiti mayor Anar Kazımov milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı qeyd etdi ki, dini radikalizmlə mübarizənin ən effektiv yolu maarifləndirmə, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan ibarətdir.

   Dövlətin məscidlərə və ümumilikdə din xadimlərinə olan diqqət və qayğısından danışan Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lökbatan qəsəbə məscidinin imamı Faiq Əhmədov dindən istifadə edərək bəzən insanlar arasında, cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla da öz məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrdən söhbət açdı. Qeyd etdi ki, dini radikailzmə aparan yollardan biri də dini savadsızlıqdır ki, onunla mübarizə hər bir müsəlmanın, hər bir vətəndaşın borcudur.

    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

 

Keçidlər