Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanımız Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş tədbir  keçirilmişdir.

26 sentyabr 2022 | 15:50

Aşıq Rza adına Qobustan Mədəniyyət Evində 26.09.2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yusif Əliyusif oğlu Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları, iş yoldaşları, zabitlər, əsgərlər, qəsəbə ağsaqqalları, sakinlər iştirak edirdilər.

Tədbir Dövlət Himni ilə başladı.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Milli Məclisin deputatı Aydın Hüseynov şəhidin şərəfli ömür yolundan danışdı. Qeyd etdi ki, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Düşmən həmlələrini qəhrəmancasına dəf etdiyinə, döyüş zamanı mərdlik nümunəsi göstərərək yoldaşlarının həyatını xilas etdiyinə görə Yusif Əliyusif oğlu Əliyevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Daha sonra Milli Qəhrəmanın döyüş yoldaşları, iş yoldaşları onun haqqında xatirələrini bölüşdülər.

Məktəblilər Şəhidlərə həsr olunmuş şerlər söylədilər.

Tədbirin sonunda Milli Qəhrəmanın oğlu İsmayıl Əliyev çıxış edərək atasının xatirəsinin yad edildiyinə görə təşəkkürünü bildirdi.

Tədbirdən sonra isə Milli Qəhrəmanın Qobustan qəsəbəsində yaşayan ata evi ziyarət edildi, şəhidin ailəsi ilə görüş baş tutdu.

 

Keçidlər