Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

30 noyabr 2022 | 16:57

  30 noyabr 2022-ci il tarixində keçirilmiş Şura iclasında rayonun sosial-iqtisasi inkişafı, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanun, Fərman, Sərəncamların icra vəziyyətinin təhlili, rayon təsərrüfatı, kommunal xidmətlər sahələrində görülmüş işlər, Prezident İlham Əliyevin respublikanın hərtərəfli və sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin təbliği üzrə görülmüş təşviqat işləri və rayonda yaradılmış mövcud infrastruktur obyektlərinin saxlanılmasına, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına ictimai nəzarətin təmin edilməsi, bu işlərə İctimai Şuranın, QHT-lərin, ictimai təşkilatların və bələdiyyələrin cəlb edilməsi məsələləri müzakirə olundu və müvafiq  qərar qəbul edildi.

   Şura iclasını  giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov bildirdi ki, cari ilin ötən dövrü ərzində respublikamızda olduğu kimi, Bakının Qaradağ rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bir sıra layihələr uğurla həyata keçirilib. Ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.

  Qeyd olundu ki, 2003-cü ildən Ümummilli Lider Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

   Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri,  qeyri-neft sektorunun inkişafı, Bakı şəhəri və onun qəsəbələrinin, regionların sosial-iqtisadi inkişafı, sosial yönümlü iqtisadi siyasət, həyatımızın bütün sahələrini əhatə edən köklü və uğurlu dəyişikliklərə səbəb olmuşdur.

  Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ölkə başçısının imzaladığı Dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzmlə və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır. Aparılan abadlıq və quruculuq tədbirləri eyni zamanda rayonun iqtisadi göstəriciləri də qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırıldığını rayonun öz üzərinə düşən vəzifələrin layiqincə gəldiyini göstərir. 

Eyni zamanda qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası infrastrukturun yenilənməsinə, əhalinin işgüzarlıq fəaliyyyətinin artırılmasına müsbət təsir göstərmiş, biznes mühiti üçün imkanlar yaxşılaşdırılmış, sahibkarlıq subyektlərinin sayı artmışdır.

Qaradağ rayonunda ətraf mühitin və ekoloji tarazlığın qorunması, həmçinin səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman sahələrində genişmiqyaslı layihələr həyata keçirilmişdir.

Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti  müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.

Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.

Qeyd edilmişdir ki, müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə mütamadi olaraq görüşlər keçirilmiş, onların sosial vəziyyətləri öyrənilmiş və ehtiyac duyduqları sosial dəstək tədbirləri müəyyən edilərək bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Şura iclasında rayon təsərrüfatı, kommunal xidmətləri, təmir, tikinti və abadlıq sahələrində 2022-ci il ərzində görülmüş işlər haqda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini  Nadir Muradov, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanun, Fərman, Sərəncamların icra vəziyyətinin təhlili haqda Aparatın Ərazi idarəetmə və yerli özüniidarəetmə  orqanları ilə iş şöbəsinin baş məsləhətçisi  Abbasağa Babayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli və sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin Qaradağ rayonunda təbliği üzrə görülmüş təşviqat işləri haqda Aparatın İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Munis Bayramov və rayonda yaradılmış mövcud infrastruktur obyektlərinin saxlanılmasına, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına ictimai nəzarətin təmin edilməsi, bu işlərə İctimai Şuranın, QHT-lərin, ictimai təşkilatların və bələdiyyələrin cəlb edilməsi  haqda Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı  Birliyinin direktoru Namizəd İsmayılov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.

Şura iclasına yekun vuran  Qaradağ rayon İcra Hakimiyyətinin Başçısi cənab Süleyman Mikayılov qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradılıb.

Müzakirələrdən sonra konkret hədəfləri əks etdirən qərar qəbul olundu. Rayonun  inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə olundu.

 

Keçidlər