Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda əhali arasında skrininq müayinə təşkil olundu

06 sentyabr 2022 | 16:56

   2022-ci il  6 sentyabr tarixində  Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzv təşkilatlarının nümayyəndələri (“Sağlam xidmət” İB sədr müavini, həkim Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyəti – Mətanət Qaraxanova “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru) tərəfindən Qaradağ Rayonunun Puta qəsəbəsində 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhali arasında döş qəfəsinin rentgen müayinəsi təşkil olunmuşdur.
   Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rayon Bölməsinin sədri Niyaz Eyvazov iştirak etmişdir.
   Bu müayinə Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilmişdir. Aparatın üstünlüyü onun çəkisinin cəmi 6 kg olması, daha az ultrabənövşəyi şüalar buraxmaqla daha keyfiyyətli və dəqiq görüntü əldə olunmasıdır.
   Müayinəyə Qaradağ rayonu Qızıldaş  və Korgöz qəsəbələrinin sakinləri də cəlb olunmuşlar. 51 nəfər skrininq müayinədə iştirak edənlər arasında 5 nəfərdə ağciyərdə dəyişiklər müəyyən edilmişdir. Ağciyərlərində dəyişiklik qeydə alınan vətəndaşlar yerli terapevt və ya ftiziator müayinəsinə yönləndirilmişlər.
   Qaradağ rayonunun digər ucqar qəsəbələrində də analoji aksiyaların keçirilməsi nəzərdə tutulacaqdır.
  Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri  tədbirin yüksək səviyyədə təşkil olunmasına görə  Qaradağ İcra Hakimiyyətinin müavini Təranə İsmayılovaya, Qaradağ Rayon 9 saylı BŞX baş həkimi  Sərvinaz  Tarıverdiyevaya  və işçi heyətinə təşəkkürlərini bildirmişlər.

Keçidlər