Şriftin ölçüsü :

Saytın rəngi :

Kapitan Əhmədxanov Ceyhun Xanlar oğlunun məzarı ziyarət olundu

19 oktyabr 2022 | 10:42

30 noyabr 2021-ci ildə helikopter qəzasında Şəhid olmuş Kapitan Əhmədxanov Ceyhun Xanlar oğlunun doğum günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının rəhbərliyi ilə bir qrup İcra Hakimiyyətinin əməkdaşları, Şəhidin ailə üzvləri və Sərhəd Qoşularının hərbi qulluqçuları tərəfindən ikinci Fəxri Xiyaban ziyarət edilmiş, qəbirüstü abidəsi önünə gül dəstələri qoyulmuşdur.

Şəhid ailələrinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər