Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulov Teymur Yavus oğlunun şəhid olduğu gündən 2 il keçir

21 oktyabr 2022 | 13:29
 Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Teymur Yavus oğlu Rəsulovun  anım mərasimi keçirilib. Anım mərasimi şəhidin dəfn olunduğu rayonun Lökbatan qəsəbəsində baş tutub.  
   Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.        
   Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.    
   Daha sonra  mərasim iştirakçıları tərəfindən Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Rəsulov Teymur Yavus oğlunun məzarı önünə gül dəstələri qoyulmuşdur.
Keçidlər