Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam qidalan, sağlam yaşa” adlı tədbir keçirilmişdir

29 noyabr 2022 | 16:48

   29 noyabr 2022-ci il tarixində Qaradağ rayonunda fəaliyyət göstərən 288 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramın 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması)  icrasının təmin edilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, 288 nömrəli tam orta məktəbin psixoloqları Sürayə Bayramova, Günel Ağayeva və şagirdlər iştirak edirdi.

   Tədbirdə çıxış edən Səmayə Şıxəliya düzgün qidalanmamağın bir sıra xəstəliklərə, insanın əmək qabiliyyətini itirməsinə gətirib çıxardığını qeyd etdi. Qida rasionunda meyvə, tərəvəz, təbii şirələrə, süd məhsullarına üstünlük verməyə və tərkibində konservant olan, qazlı qidalardan, enerji içkilərindən istifadə etməməyə çağırdı.

   Tədbirdə qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

   Yekunda məktəbin psixoloqları şagirdlərin verdiyi sualları ətraflı cavablandırdılar.

 

Keçidlər