Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fərziyev Saməddinin anım mərasimi keçirilib

21 oktyabr 2022 | 13:26

   Bu gün 21.10.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Fərziyev Saməddin Mehman oğlunun şəhadətə ucaldığı gündən bir il ötür. 
  
   Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınıları, qazilər, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərasim iştirakçıları tərəfindən rayonun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Fərziyev Saməddin Mehman oğlunun məzarı önünə gül dəstələri qoyulmuşdur

Keçidlər