Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa ili” çərçivəsində “Qaradağdan-Qarabağa” adlı ədəbi-bədii tədbir və konsert keçirildi.

27 may 2022 | 14:56

27 may 2022-ci il tarixində Qobustan Dövlət Tarix və Bədii Qoruğunda Qaradağ Rayon İcra Hakimiyyətinin və 7 nömrəli Bakı Uşaq və Gənclər İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə “Şuşa ili” və “Xurşudbanu Natəvanın 190 illik yubileyi” çərçivəsində “Qaradağdan - Qarabağa” adlı ədəbi-bədii kompozisiya və konsert keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri, rayon ictimaiyyəti iştirak edirdi.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ali Baş Komandan cənab İlham Əliyevin Şuşanın azad olunduğu gün etdiyi tarixi çıxışdan fraqment nümayiş edildi.

Ədəbi-bədii tədbirdə rəsm sərgisi, pəhləvan oyunları, milli rəqslər, məktəblilər tərəfindən Xurşudbanu Natəvanın, Xarı bülbülün və M.P.Vaqifin obrazında şerlər söylənildi, Qarabağa və Şuşaya aid nəğmələr səsləndirildi.

C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin  müəllim və şagirdlərin iştirakı ilə konsert proqramı təqdim edildi.

Tədbir şagirdlərin ifasında “Qarabağ Şikəstəsi” ilə yekunlaşdı.

Sonda tədbirin bütün iştirakçıları şəhidlərin ruhlarının rəmzi olan ağ şarları və göyərçinləri havaya uçurtdular.

Keçidlər