Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirildi

02 fevral 2018 | 11:00

02 fevral 2018-ci il tarixdə Qaradağ rayonu Puta qəsəbəsində yerləşən  N saylı hərbi hissədə  “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda şəxsi heyətlə görüş keçirildi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək, dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən xüsusilə danışdı. O, “2017-2021-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramı” haqqında və “2 fevral gənclər günü” münasibətilə keçirilən tədbirlər barədə qısa məlumat verdi. Hərbi hissənin zabiti ölkədəki gənclər hərəkatına, orduya göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdi.
Tədbirin ikinci hissəsində şəxsi heyət üçün konsert proqramı verildi.
Sonda  hərbi hissənin 10 nəfər gənc zabit və əsgəri rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər