Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun məktəb komandaları arasında “Qələbəyə doğru” bilik yarişması

29 mart 2018 | 11:00

29 mart 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ rayonu məktəblərinin komandaları arasında “Qələbəyə doğru” adlı bilik yarışı keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Firidun Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova iştirak edirdi.
Tədbirin açılış mərasimində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov bildirdi ki, “Qələbəyə doğru” bilik yarışı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilir və rayon mərhələsinin qalibi rayonu Respublika mərhələsində təmsil edəcəkdir.
Yarışın münsiflər heyətinin sədri İlqar Qasımov oyunun qayda və şərtlərini izah etdikdən sonra yarışa start verildi.
Üç mərhələdə keçirilən intellektual yarışmanın ümumi yekun nəticələrinə əsasən I yerə 233 № li məktəbin “Qalaktika” komandası, II yerə 166 № li məktəbin “Lider” komandası, III yerə 288 № li məktəbin “Mars” komandası layiq görüldü.
  Sonda I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.

Keçidlər