Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun slavyanəsilli sakinləri ilə görüş keçirilmişdir

04 aprel 2018 | 11:00

04 aprel 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Müqəddəs Pasxa bayramı ərəfəsində rayonda yaşayan bir qrup slavyanəsilli sakinlərlə görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ rayonu Rus İcmasının sədri Natalya Viktorovna Paramanova, Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna  Qasımova və icma üzvləri iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri açaraq, Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyünü, tolerantlığın qorunub saxlanıldığını, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənilməsini diqqətə çatdırmışdır.
Sonra Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova Qaradağ rayonu Rus İcmasının sədri Natalya Paramanova və başqaları çıxış edərək, Qaradağ rayonunda Pasxa bayramının yüksək səviyyədə keçirilməsini qeyd edərək, rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmiş və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Munis Bayramov çıxış edərək, Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və bildirmişdir ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur.
Tədbirin sonunda 70 nəfər aztəminatlı  slavyanəsilli ailəyə bayram münasibətilə ərzaq sovqatı təqdim olunmuşdur.
Rayonda yaşayan Rus İcmasından və Ukrayna Konqresindən olan bir qrup sakinlər göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər

Keçidlər