Şriftin ölçüsü :

Saytın rəngi :

Sərbəst güləş üzrə növbəti çempionat

24 mart 2018 | 11:00

24 mart 2018-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə BDPTM-də Novruz bayramı münasibətilə rayonun uşaq, yenitmə və gəncləri arasında 12 çəki dərəcəsində sərbəst güləş üzrə Qaradağ rayon açıq birinciliyi keçirildi.
Çempionatda müxtəlif rayonlardan gəlmiş 8 komanda iştirak edirdi. Qaradağ rayonu bu yarışlarda 6 komanda ilə təmsil olunmuşdu.
Çempionatın açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov bildirdi ki, milli idmanımızın hamisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmana göstərdiiyi diqqət və qayğının, ölkəmizə olan inam və etimadın nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli idman yarışlarının, Dünya və Avropa çempionatlarının keçirildiyi bir məkana çevrilmişdir. Qeyd olundu ki, güləş milli idman növü olduğuna förə ona gənclərimiz arasında maraq daha  böyükdür.  Vurğulandı ki, keçirilən açıq rayon birinciliyi uşaq və yeniyetmələrimizi olimpiya və dünya çempionatlarına hazırlamaqda bir hazırlıq mərhələsidir.
Olduqca gərgin və maraqlı keçən yarışın ümumi yekun nəticəsinə əsasən qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olundular.

Keçidlər