Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz bayramı” “N” saylı hərbi hissədə

20 mart 2018 | 11:00

 Xalqımızın ən qədim milli bayramı olan “Novruz bayramı” münasibətilə 20 mart 2018-ci il tarixdə rayon ərazisində yerləşən 859 saylı hərbi hissəsində şəxsi heyətlə görüş keçirildi. Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov təbrik nitqində hərbi qulluqçuları novruz bayramı münasiətilə təbrik etdi və onlara hərbi xidmətdə və şəxsi həyatda uğurlar dilədi.
Tədbir Səngəçal Mədəniyyət Evinin musiqi kollektivinin ifasında konsert proqramı ilə davam etdirildi.
Daha sonra rayon idmançıları şəxsi heyət qarşısında nümunəvi çıxışlar göstərdilər.
Görüşdə əsgərlərə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş bayram sovqatı paylanmaqla yanaşı  hərbi xidmətdə fərqlənmiş 10 nəfər gənc zabit və əsgər fəxri fərmanlar və  xatirə hədiyyələri ilə təltif edildi. Əsgərlərin asudə vaxtının daha da səmərəli keçirilməsi və onların idmanla müntəzəm məşğul olmaları üçün hərbi hissəyə idman malları hədiyyə edildi.
Hərbi hissə rəhbərliyi də öz növbəsində Qaradağ rayon Gənclər və İdman İdarəsini görüşə görə minnətdarlıq əlaməti olaraq fəxri fərmanla təltif etdi.

Keçidlər