Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz bayramı” münasibətilə Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə şəxsi heyətlə görüş

18 mart 2018 | 11:00

18 mart 2018-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Səngəçal qəsəbəsində yerləşən Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyətlə “Novruz bayramı” münasibətilə görüş keçirildi. Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov və Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov hərbi qulluqçuları xalqımızın ən qədim milli bayramı münasiətilə təbrik edərək onlara hərbi xidmətdə və şəxsi həyatda müvəffəqiyyətlər arzu etdilər.
Tədbirin ikinci hissəsi Səngəçal Mədəniyyət Evinin musiqi kollektivinin ifasında konsert proqramı ilə davam etdirildi. Əsgərlərin böyük sevinci ilə  müşayiət olunan görüşdə hərbi xidmətdə fərqlənmiş gənc zabit və əsgərlər təşkilatçılar tərəfindən xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildi və əsgərlərin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün hərbi hissəyə idman malları hədiyyə edildi. Əsgərlərə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış bayram sovqatı paylandı.

Keçidlər