Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

17 aprel 2018 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 aprel 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin,  Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin,  Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat məruzəsi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 11 aprel 2018-ci il tarixində ölkəmizdə azad, şəffaf demokratik şəraitdə Prezident seçkiləri keçirildiyini bildirərək cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yığıncaq iştirakçılarını təbrik etdi. Hesabat nitqini davam edən rayon İcra hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübündə ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğuladı.
Qeyd etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, və əldə olunmuş yüksək nailiyyətlər göz önündədir və xalq cənab Prezidentin apardığı işlərə yüksək qiymət verdiyini Prezident seçkilərində öz seçimləri ilə bir daha sübut etdilər. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir və Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamağa səs vermişlər.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılmış, ölkəyə xarici investisiyaların gətirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
2018-ci ilin birinci rübünün yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonun sosial iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə ətrafında Qaradağ Rayon Enerji Təchizatı və Satışı idarəsinin rəisi Tahir Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr, “Azkomfort” MMC-nin direktor müavini Natiq Babayev tikinti sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair çıxış edərək rayon İcra hakimiyyətinin 2018-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.
İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan danışaraq, ölkə başçısı cənab İlham Əliyev keçirilmiş Prezident seçkilərindəki möhtəşəm qələbəsinin Azərbaycan xalqının sonsuz sevgisi və hədsiz inamı olaraq dəyərləndirdi.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 06 mart 2018-ci il tarixli, Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilmiş Qaradağ Rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin direktoru Hicran Aydın qızı Xəlilovaya “Tərəqqi” medalı təqdim edildi.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.
Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.

Keçidlər