Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman üzrə oyunu Qaradağ rayon birinciliyi

17 aprel 2018 | 11:00

17 aprel 2018-ci il tarixdə Lökbatan qəsəbəsindəki 106 № li məktəbin ərazisində gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman  oyunu üzrə rayonun məktəb komandaları  arasında Qaradağ rayon birinciliyi   keçirildi. Tədbirdə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin zabitləri, rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov iştirak edirdi.
          Parad qəbul edildikdən sonra şagirdlərin ayrı-ayrı mərhələlər üzrə hərbi hazırlığı münsiflər heyəti tərəfindən qiymətləndirildi. Sıra hazırlığı, darağa patron doldurulması, mülki müdafiə hazırlığı, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, sanitarların yarışı və digər mərhələlərdə komandaların göstərdikləri nəticələrə görə I yerə 184 № li məktəb, II yerə 320 № li məktəb, III yerə 195 № li məktəb layiq görüldü. 
Qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kuboklarla mükafatlandırıldılar.

Keçidlər