Şriftin ölçüsü :

Saytın rəngi :

“Aprel şəhidləri qürur yerimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

01 may 2018 | 11:00

   Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 228 saylı tam orta məktəbdə “Aprel şəhidləri qürur yerimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
   Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Sadiq Qinyazov və şöbənin əməkdaşı Aslan Sultanov, Qaradağ RİH başçısının ictimai siyasi məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, QMİ – nin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Əhmədov Faiq məktəbin direktoru Natəvan Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
   Tədbirin əvvəlində “Şəhadət” sənədli filmi nümayiş etdirildi.
   Filmin nümayişindən sonra çıxış edən Qaradağ RİH başçısı aparatının şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov aprel şəhidləri ilə bağlı keçirilən bu cür tədbirlərin aktual olduğunu vurğuladı.
   Daha sonra çıxış edən DQİDK–nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov öz çıxışında aprel döyüşlərinin hərb tariximizin şanlı səhifəsi olduğunu, aprel şəhidlərinin xatirəsinin hər zaman uca tutulduğunu və vətənpərvər gənclərimizə örnək olduğunu diqqətə çatdırdı.
   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər