Şriftin ölçüsü :

Saytın rəngi :

Düzgün peşə və ixtisas seçimi – gələcəyin təminatıdır

28 aprel 2018 | 11:00

   28 aprel 2018-ci il tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında gənclərin peşə və ixtisas seçimini düzgün istiqamətləndirmək üçün ölkənin təhsil oçaqlarının və peşə təlimi mərkəzlərinin mütəxəssisləri ilə rayonun məktəbli gənclərinin görüşü keçirildi. 
   Görüşə  Azərbaycan Dövlət İqtisad Universiteti, Qərb Universiteti və kolleci, Azərbaycan Universiteti və kolleci,  Xəzər Universiteti, Memarlıq İnşaat Universiteti və kollecinin və eyni zamanda rayonun Qızıldaş və Lökbatan qəsəbələrində yerləşən Tikinti və Quraşdırma  İşləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi, Sahil və Ələt qəsəbələrində yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi, Qobustan qəsəbəsində yerləşən ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinin nümayəndələri iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova qonaqları salamlayaraq keçirilən görüşün Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 30 noyabr 2017-ci il tarixli 102 nömrəli Sərəncamına əsasən Qaradağ rayonunda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə təsdiq olunmuş tədbirlər planının tərkib hissəsi olduğunu söylədi. Qeyd etdi ki, peşə seçimi insanların həyatında verilən ən əhəmiyyətli qərarlardan biridir. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və onu öz peşəsinin mütəxəsisinə də çevrilə bilir. Peşə və ixtisas təkcə dolanışıq üçün deyil, həm də özünü ifadə etmək üçün ən gözəl vasitədir.
   Dəvət olunmuş qonaqlar öz təhsil müəssisələri haqqında videoçarxlar vasitəsilə ətraflı məlumat verdikdən sonra şagirdləri maraqlandıran suallara  cavablar verildi. Daha sonra Mədəniyyət Sarayının foyesində həmin təhsil müəssisələri  və peşə təlimi mərkəzləri tərəfindən nümayiş etdirilən sərgi ilə gənclər yaxından tanış oldular və sual-cavab prosesi orada da davam etdirildi.

Keçidlər