Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istirahət parkı istifadəyə verilmişdir.

10 may 2018 | 11:00

   10 may 2018-ci il tarixində Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istirahət parkı istifadəyə verilmişdir.
   Parkın açılışında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
   Açılışda Qobustan qəsəbəsinin 150-dən çox qəsəbə sakinləri iştirak etmişdir.
   Öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov parkda görülən işlərlə tanış olmuşdur.
   Qaradağ rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində əhalinin istirahəti üçün salınmış Qobustan mədəniyyət-istirahət parkında bütün yaşlı insanların asudə vaxtının keçirilməsi üçün şərait yaradılmışdır. Parkın digər özəlliyi buraya istirahətə gələn uşaqlar üçün də nəzərdə tutulmuş yelləncəklərdir. 
   Parkda yaşıllaşdırma işlərinə xüsusi diqqətlə yanaşılıb. Burada müxtəlif növ ağac və bəzək kolları əkilib, gül kompozisiyaları yaradılıb, suvarma sistemi qurulub. Bununla da park qəsəbə sakinləri və qonaqları üçün gözəl əyləncə və istirahət məkanına çevrilib.
   Tədbirdə iştirak edən qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Yeni salınmış parkda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinləri ilə səyyar görüş keçirərək, onları dinləmiş və əhalini narahat edən problemlər ilə yaxından maraqlanmışdır. Qəsəbə sakinlərindən 7 nəfəri İcra başçısı tərəfindən fərdi qaydada dinlənilmişdir.
   Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
   Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.

Keçidlər