Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin irsi hərbi qulluqçular tərəfindən öyrənilir

06 may 2018 | 11:00

   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 06 may 2018-ci il tarixdə Puta qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyəti arasında “Breyn-rinq” intellektual oyunu üzrə bilik yarışı keçirildi.
   Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İ.Qasımov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər planının təsdiq edildiyini və həmin tədbirlər planına əsasən silsilə xarakterli tədbirlərin keçirilməkdə olduğunu söylədi. Qeyd etdi ki, dahi siyasi və ictimai xadim Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ edilməsi gənc nəslin nümayəndələrində vətənpərvərlik hisslərinin aşılanmasında, onlarda vətənə sevginin daha da artırılmasında əvəzsiz vasitədir. Bu məqsədlə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş bilik yarışı müstəsna əhəmiyyətə malikdir.
   Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi.
   Üç mərhələdə keçən yarışın ümumi yekun nəticəsinə əsasən “Sülhməramlılar” I yerə, “Rabitəçi” II yerə və “Avtomobilçi” III yerə görüldü. Qaliblər fəxri fərmanlar, medallarla təltif edildi.

Keçidlər