Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəni tərənnüm edən mahnılar”

15 may 2018 | 11:00

   Qaradağ rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 15 may 2018-ci il tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında vətənpərvərlik mövzusunda konsert təşkil olundu.
  Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılovaya, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov iştirak edirdi.
  Konsert iştirakçılarını və qonaqları salamlayan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılovaya qeyd etdi ki, müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi hər bir millətin inkişafının təməl daşıdır və bu səbəbdən bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Vətəni qorumağın müqəddəs vəzifə olduğunu söyləyən çıxışçı bütün gəncləri, o cümlədən hərbi xidmətə çağırış yaşlına çatmış gəncləri əsgəri xidməti layiqincə yerinə yetirməyə, işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olmağa səslədi.
  Gənclər və İdman Nazirliyinin təmsilçisi Ə.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planının icrası istiqamətində gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı keçirilən tədbirləri iştirakçıların nəzərunə çatdırdı. Qeyd etdi ki, vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Bu məqsədlə də Gıənclər və İdman Nazirliyi gənclərdə vətənpərvərlik hisslərinin daha gücləndirilməsi üçün silsilə xarakterli tədbirlər keçirməkdədir.
  Tədbirin ikinci hissəsi konsert proqramı ilə davam etdi. Konsertdə ölkə üzrə keçirilmiş musiqi müsabiqələrinin laureatları tərəfindən vətən mözsusunda mahnılar ifa olundu.

Keçidlər