Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir

31 may 2018 | 11:00

   31 may 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 108 nəfər iştirak edirdi.
   Şurada Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji irsinin öyrənilməsi və təbliği üzrə Qaradağ rayonunda görülən işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Rayon Məşğulluq Mərkəzinin əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və işsizlərlə bağlı fəaliyyətinin təhlili, müəssisələrdə boş iş yerləri, kvotalar üzrə mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səbuhi Zeynalovun, Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2018-ci ilin yaz-yay mövsümünə hazırlığının vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Rövşən Səməd-zadənin məruzələri dinlənildi.
   Məruzələr ətrafında çıxışlar bitdikdən sonra Şura iştirakçılarının gündəlikdə duran məsələlər barədə həmçinin rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi. Məruzələrdə qaldırılan məsələlərə, eləcə də, vətəndaşların problemlərinə həssaslıqla yanaşılması və onların həlli istiqamətlərində zəruri addımların atılması və Qaradağ rayonunun qəsəbələrində quruculuq və abadlıq işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verildi. Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.

Keçidlər