Şriftin ölçüsü :

Saytın rəngi :

Velosiped idman növü

05 iyun 2018 | 11:00

   Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirlikləri tərəfindən  05-09 iyun 2018-ci il tarixlərdə Bakı şəhərində keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunmuş ümumrespublika velosiped yarışları başa çatdı. Respublika birinciliyində rayonumuzu 319 saylı məktəbin komandası təmsil edirdi.
   Yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirildi.
    Rayondaxili mərhələlərdən sonra finala vəsiqə qazanan 18 komandanın 13-ü paytaxt Bakını, 5-i isə Sumqayıt, Gəncə, İsmayıllı, Mingəçevir və Zaqatalanı təmsil edirdi. Veloparkda təşkil olunan həlledici mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində yarışdılar.
    Maraqlı mübarizə Xəzər rayonunun 26 saylı orta məktəbinin komandasının qələbəsi ilə başa çatdı. 2-ci yerə Qaradağ rayonunun 319 saylı, 3-cü yerə isə Xətai rayonunun 29 saylı orta məktəbinin komandası layiq görüldü. Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif edildilər.

Keçidlər